Millinin müdafiəçisi: "Ölkədə bizə dəstək yoxdur"

Belarus millimisinin müdafiəçisi Nikolay Zolotov DÇ-2022-nin seçmə mərhələsindəki uğursuz nəticələrişərh edib.

Sportline.az xəbər verir ki, bu barədə futbolçu ölkənin futbol federasiyasının rəsmi saytına danışıb.

Zolotov ölkəsindən kifayət qədər dəstək görmədiyini deyib: "Belarusda hamı bizi gözümçıxdıya salır. Ölkədə bizə azarkeşlik edən yoxdur. Bizə barmaqla sayılacaq qədər insan dəstək olur. Hamı milli komandadan inciyib və hər dəfə bizdən məğlubiyyət gözləyirlər.

Bizə dəstək lazımdır. Ümid edirəm ki, gələcəkdə baxımlı oyun nümayiş etdirsək tədricən azarkeşlərimizin sayı artacaq. Əvvəlcə 5 nəfər, sonra 10 - 20 nəfər və beləcə bizə azarkeşlik edənlərin sayı artacaq" 

Xatırladaq ki, dünən DÇ - 2022-nin şeçmə mərhələsi çərçivəsində Belarus millisi öz evində Belçika yığmasına məğlub olub (0:1).