Millinin rəqibi heyəti açıqladı
AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya seçməsinin heyəti açıqlanıb. Sportline.az xəbər verir ki, adıçəkilən komandanın qarşıdakı rəsmi görüşlər üçün heyətinə 25 futbolçu çağırılıb.
Baş məşqçi Ralf Ranqnik zədə üzündən oynayıb-oynamayacağı bəlli olmadığı deyilən kapitan David Alabaya da dəvət göndərib.
Qapıçılar: Niklas Hedl (“Rapid”, Vyana), Haynts Lindner (“Syon”, İsveçrə), Aleksander Şlager (LASK);
Müdafiəçilər: David Alaba (“Real Madrid”, İspaniya), Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə);
Yarımmüdafiəçilər: Conas Oyer (“Rapid”, Vyana), Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Marsel Sabitzer (“Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald (“Zalsburq”), Patrik Vimmer (“Volfsburq”, Almaniya);
Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə).
Qeyd edək ki, Avstriya yığması martın 24-də millimizi, 27-də isə Estoniyanı Linz şəhərindəki “Raiffeisen Arena”da qəbul edəcək.