Millinin sabiq futbolçusu karyerasını bitirdi
Fransa millisinin sabiq futbolçusu Yohan Kabay karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, bu barədə özü məlumat verib.
35 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə vasitəsilə elan edib.
"Xatirələrimi heç vaxt unutmayacağam. Futbola olan sevgimə görə qəbul etmək çətin olsa da, peşəkar karyeramı bitirirəm”, deyə Kabay yazıb.
Qeyd edək ki, karyerası ərzində "Lill”, "Nyukasl”, PSJ, "Kristal Pelas”, "Əl-Nəsr” və "Sent-Etyenn”də çıxış edən Yohan Kabay 2010-2016-cı illərdə Fransa millisinin heyətində 48 oyun keçirib, 4 qol vurub. O, 2005-ci ildə Fransanın U-19 yığması ilə Avropa çempionu olub.