Millinin üzvləri Türkiyə klubunda
Qadınlardan ibarət Azərbaycanın millisinin 2 üzvü Türkiyədə çıxış edəcək.
Sportline.az xəbər verir ki, Fatimə Əhmədli və Milana Rəhimova Şırnakı təmsil edən "Nuhspor"la müqavilə bağlayıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, bu komanda Türkiyə I Liqasında yarışır və Super Liqaya çıxmağa iddialıdır.
Komanda 11 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.

