Millinin üzvü Gürcüstan klubunda
"Sabah"ın futbolçusu Abdulla Xaybullayev karyerasını Gürcüstanda davam etdirəcək.
Sportline.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Samtrediya"ya keçib.
Bu barədə qonşu ölkə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
U-21 millimizin üzvü "Samtrediya"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Abdulla Xaybullayev cari mövsümdə "Sabah"ın heyətində 4 oyunda meydana çıxıb.