"Mingəçevir"in baş məşqçisi cəzalandırıldı
AFFA 1-ci Liqa təmsilçisi "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovu 2 oyunluq cəzalandırıb.
Sportline.az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Buna Məmmədovun sözügedən çempionatın 7-ci turunda "Şəfa" ilə ev oyununun 63-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
Nəticədə mütəxəssisə 2 oyunluq cəza verilib, "işıqçılar" isə 1500 manat cərimələnib.
Mingəçevir təmsilçisinin azarkeşləri oyundan sonra hakimi təhqir etdikləri üçün klub daha 1500 manat ödəyəcək.