Mircəlal Həsənzadə gümüş medal və Olimpiadaya vəsiqə qazandı
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın son günündə sərbəst güləşçilər mübarizə aparırlar. Bu növdə Azərbaycanı təmsil edən Mircəlal Həsənzadə uğurlu çıxışla yadda qalıb. Bütün rəqiblərini üstələyən pəhləvanımız finala yüksəlib. Burada isə rumıniyalı İvan Quideaya uduzan idmançımız gümüş medalla kifayətlənib. Reqlamentə əsasən, həlledici görüşə vəsiqə qazandığından güləşçimiz artıq Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da iştirak haqqı əldə edib.