Miroslav Klozenin yeni işi
Almaniya millisinin sabiq forvardı Miroslav Kloze nəhayət karyerasını başa vurub. SportLine.az xəbər verir ki, “Latsio” ilə müqavilə müddəti butən 38 yaşlı dünya çempionu bundan sonra Almaniya millisində çalışacaq. Kloze noyabrın 11-də “bundestimin” San-Marino ilə oyununda məşqçilər heyətində yer alacaq. Xatırladaq ki, Miroslav Kloze 71 qolla Almaniya millisinin tarixində ən sərrast futbolçudur.