Misir - İran oyununun ən yaxşısı seçildi
DÇ-2026-nın G qrupunun 3-cü turunda keçirilən Misir - İran oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, bu, İran millisinin üzvü Ramin Rezaeyan olub.
36 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 14-cu dəqiqədə qol vurmağı bacarıb. Bununla da o, kommandasını məğlubiyyətdən xilas edib.
Sözügedən görüş 1:1 hesabı ilə yekunlaşıb.