MMA döyüşçüsü polislə atışmada ölüb

Braziliyanın MMA döyüşçüsü Mauro Şole polis tərəfindən öldürülüb.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Porto Aleqri şəhərində baş verib.

İdmançının sevgilisi və bir polis əməkdaşı yaralanıb.

Şole həmin vaxt xidmətdə olmayan şəxslə mübahisə edib və asayiş keşikçisini qasıq nahiyəsindən güllələyib.

MMA döyüşçüsü daha sonra köməyə gələn digər polis əməkdaşlarına atəş açıb və kürəyindən yaralanıb. Buna baxmayaraq o, maşını başqa küçəyə sürüb və orada digər avtomobilə çırpılıb.

İdmançı hadisə yerində vəfat edib.