“Monako” - “Tottenhem”: Hər iki klubda ciddi itkilər var
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Monako” doğma meydanda “Tottenhem”lə üz-üzə gələcək.
Hər iki klubun heyətində itkilərin sayı kifayət qədərdir.
Fransa təmsilçisində Poul Poqba, Lukas Hradeski, Kristian Mavissa, Erik Dayer, Vanderson, Denis Zakariya və Lamin Kamara oyunun iştirak ərzəsində yer almayıb.
“Tottenhem”də isə Deyan Kulusevski, Ceyms Meddison, Kota Takai, Matyas Tel, Radu Draquşin, İvi Bissuma, Ben Deyvis, Kristan Romero, Desti Udogi və Dominik Solanke komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Monako” “Tottenhem” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Oyunda söz sahibi italiyalı hakim Mark Quida olacaq.