Montella Türkiyə millisindən ayrıla bilər

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella "ay-ulduzlular"dan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda Corriere della Sport nəşri iddia irəli sürüb.

Bununla bağlı xəbərlər artıq Türkiyə mətbuatında da dolaşmaqdadır.

Həmin xəbərlərdə Montellanın "Roma"nın "sükanı arxasına keçəcəyi" bildirilir.

İddiaya görə, Montella yeni baş məşqçi axtarışında olan paytaxt klubunun namizədlər sırasında birincidir.

Qeyd edək ki, italiyalı mütəxəssisin Türkiyə Futbol Federasiyası ilə iki illik müqaviləsi var.