Morata: "Bütün bunlar məni bezdirib"

İspaniya millisnin kapitanı Alvaro Morata azarkeşlərin tənqidi ilə bağlı sualları cavablandırıb.

Sportline.az xəbər verir ki, o, milli karyerasını bitirmək haqqında düşündüyünü bildirib.

"İspaniya millisində bəzən çətin anlarım olur. Şikayətlənməyim isə azarkeşlərin xoşuna gəlmir. Sadəcə hər şeyin yaxşı nəticələnməsini istəyirəm. Çox güman ki, Avropa çempionatı mənim milli komanda ilə son yarışım olacaq. Bu qərarı qəbul etmək asan deyil. Amma, yəqin ki, belə olacaq", - deyə Morata "El Desmarque"yə etiraf edib.

Qeyd edək ki, İspaniya millisinin əksər azarkeşləri Moratanı kapitan statusuna layiq görmürlər.