Mourinyo azarkeşlərin cavabını verdi

"Roma"nın baş məşqçisi Joze Mourinyu A Seriyasının növbəti matçı ərəfəsində gündəmə gələn Lukaku mövzusu ilə bağlı yaranan sualları cavablandırıb.

Sportline.az xəbər verir ki, o, La Gazzetta dello Sport nəşrinə açıqlamasında mövzunun elə də ciddi əhəmiyyət daşımadığını bildirib.

"Lukakunun bu qədər vacib amil olduğunu heç bilmirdim. Bunu drama çevirməyin yeri yoxdur. Bu cür keçidlərlə bağlı bir sıra nümunələr var. Məsələn, Çalhanoğlu, Vyeri və s. Ona görə də bu məsələnin bu qədər şişirdilməsini anlaya bilmirəm", - deyib.

Qeyd edək ki, "Roma" oktyabrın 29-da səfərdə "İnter"lə qarşılaşacaq.

Ötən mövsüm milanlıların formasını geyinən Lukaku hazırda paytaxt klubunun şərəfini qoruyur.