Mourinyo: "Biz daha artığını gözləyirdik"

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Goal.com-a Portuqaliya millisinin Avropa çempionatındakı çıxışı ilə bağlı danışıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis Roberto Martinesin komandası haqqında bunları deyib: "Daha yaxşısını edə biləcəyini hiss etdiyində məyus olmaya bilmirsən. Komandanın yüksək potensialı var idi. 1/4 finala adlamasına baxmayaraq Portuqaliya fantastik oyun göstərmədi. Biz daha artığını gözləyirdik. Ronaldu və Pepeni çıxmaqla komanda gəncdir. Bu kollektiv özünü hələ göstərəcək".

Xatırladaq ki, Portuqaliya millisi 1/4 finalda Fransaya uduzaraq mübarizəni dayandırıb.