Mourinyo brazilyalı futbolçunun transferini istəyir

“Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”in 24 yaşlı futbolçusu Entonini komandasında görmək istədiyi bildirilir.

Sportline.az “Ajansspor” saytında istinadən xəbər verir ki, bu keçidin yanvar ayında rəsimləşəcəyi gözlənilir.

Entoni Santosun transfer dəyəri 20 milyon avro olaraq göstərilir.

Qeyd edək ki, Entoni bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 4 matçda 1 qolla yadda qalıb.