Mourinyo Cengiz Ünderin klubdan ayrılmasını istəyir
“Fənərbağça”nın portuqalıyalı çalışdırıcısı Joze Mourinyo Cengiz Ünderin klubdan göndərilməsini rəhbərlikdən tələb edib.
Sportline.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Cengiz Ünder portuqaliyanı mütəxəsisin planlarına daxil deyil. C.Ünderin yanvarda satılacağı gözlənilir.
Cengiz Ünderin transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, 27 yaşlı futbolçunun “Fənərbağça” klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.