Mourinyo "Çelsi"nin futbolçusunu istəyir
"Çelsi"nin sol cinah müdafiəçisi Ben Çilvel karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Jose Mourinyo ingilis futbolçunu heyətdə görmək istəyir.
Xəbərdə bildirilir ki, 27 yaşlı futbolçu "Çelsi"nin bu mövsümki planlarına daxil deyil.
Ötən mövsüm London klubunun heyətində 21 oyunda 1 asistlə yadda qalıb. Onun hazırki müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Qeyd edək ki, "Fənərbağça" sol cinah müdafiəçi mövqeyində çıxış edən Ferdi Kadıoğlunu 30 milyon avro qarşılığında "Brayton"a göndərib.