Mourinyo "Fənərbağça"nın kapitanını istəyir

"Roma"nın baş məşqçisi Joze Mourinyo yeni transferlərə hazırlaşır.

Sportline.az xəbər verir ki, onun siyahısındakılardan biri də "Fənərbağça"nın kapitanı qapıçı Altay Bayındırdır.

Qeyd edək ki, Altayın "Fənərbağça"dakı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.