Mourinyo İngiltərəyə qayıtmaq istəyir

"Mançester Yunayted"in uğursuz çıxışı klub rəhbərliyini yeni baş məşqçi axtarışına vadar edib.

Sportline.az "Manchester Evening News"a istinadla xəbər verir ki, Erik Ten Haqı əvəzləyəcək namizədlər siyahısında Joze Mourinyonun da adı hallanır.

Təşəbbüs isə portuqaliyalı mütəxəssisin özünə məxsusdur.

"Qırmızı şeytanlar"ın sabiq çalışdırıcısı yenidən "Old Trafford"a qayıtmaq arzusunu dilə gətirib.

Amma, klub rəhbərliyi bu məsələyə isti yanaşmır.

Xatırladaq ki, 2016-cı ildə Mançesterə gələn Mourinyo, iki il ərzində komandaya Liqa kuboku və Avropa Liqası ilə yanaşı, Premyer Liqanın gümüş medallarını da qazandırmışdı.