Mourinyo maaşlarının artırılmasını istəyir
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyodan beynəlxalq fasilədə klub rəhbərlikindən maaşların artırılmasını tələb edib.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, Mourinyo özü üçün deyil, futbolçularının maaşlarının artımını rəhbərlikdən xahiş edib.
Mourinyonun əvvəlcə İrfan Can Kahveci və Osayi Samuelin müqavilələrinin qısa müddətdə yenilənməsini istədiyi bildirilib.
Portuqaliyalı çalışdırıcı komandada maaşı az olan bəzi futbolçuların müqavilələrinin yenilənməsini və maaşlarının artırılmasını tələb edib. Joze Mourinyo bu hərəkətin futbolçuların da əhval-ruhiyyəsini artıracağını düşünür.
Qeyd edək ki, “Fənərbağça” rəhbərliyi Mourinyonun təklifinə müsbət yanaşır.