Mourinyo məşhur klubla danışığa başlayır

"Roma" ilə ayrılan Joze Mourinyonun yeni iş yeri də İtaliyada ola bilər.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin Neapolda lövbər salacağı gözlənilir.

Bu haqda The Times nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 60 yaşlı mütəxəssis "Napoli" rəhbərliyi ilə danışıqlara başlayacaq.

Tərəflərin gələn həftə masa ətrafında müzakirə aparacağı bildirilir.

Qeyd edək ki, Mou yanvarın 16-da "Roma" ilə vidalaşıb.