Müller rekorda yaxınlaşır

"Bavariya" UEFA Çempionlar Liqasının 2023-24 mövsümünə qələbə ilə başlayıb.

Sportline.az xəbər verir ki, komandanın veteran futbolçusu Tomas Müller üçün bu oyun daha əlamətdar olub.

Təcrübəli hücumçu Çempionlar Liqasında 100-cü oyununa çıxıb.

"Mançester Yunayted"lə matçın (4-3) 87-ci dəqiqəsində meydana çıxan Müller hazırda turnirdə ən çox qələbə qazanan 3-cü futbolçudur.

İkinci pillədəki İker Kasilyasın aktivində 101, siyahının lideri Kriştianu Ronaldunun aktivində isə 115 qələbə var.