Mundialın 5-ci iştirakçısı müəyyənləşdi
Klublararası Dünya çempionatında çıxış edəcək daha bir klubun adına aydınlıq gəlib. SportLine.az xəbər verir ki, Afrika Çempionlar Liqasının qalibi olan CAR-ın “Mamelodi Sandaunz” klubu Mundialda iştirak hüququ əldə edib.
Final matçında Misir “Zamalek”ini iki oyunun (3:0, 0:1) nəticəsində üstələyən CAR təmsilçisi dekabrın 8-18-də Yaponiyada təşkil olunacaq dünya çempionatında qüvvəsini sınayacaq.
Bununla da yarışda iştirak edəcək 7 komandadan 5-i məlum olub. CAR klubunadək “Real”ın Avropanı, “Atletiko”nun Cənubi Amerikanı, Amerikanın KONKAKAF-ı, “Oklend Siti”nin Okeaniyanı təmsil edəcəyi dəqiqləşmişdi. Hələlik yalnız meydan sahibi Yaponiyanı və Asiyanı təmsil edəcək klublar dəqiqləşməyib.
Qeyd edək ki, afrikalılar mundiala 1/4 final mərhələsindən başlayacaq. “Mamelodi Sandaunz”un rəqibi ilkin mərhələnin qalibi olacaq. Bu oyunda Yaponiya çempionu ilə Okeaniyanın ən yaxşısı olan “Oklend Siti” (Yeni Zelandiya) üz-üzə gələcək.