Mundialla vidalaşacaq 3-cü komanda bilindi

DÇ-2026-da qrupdan çıxa bilməyəcək daha bir komanda müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, Tunis millisidir.

Afrika təmsilçisi F qrupunda 2-ci turun Yaponiya ilə matçında 0:4 hesabı ilə uduzub. İlk turda İsveçə məğlub olan (1:5) Tunisin növbəti mərhələ şansı qalmayıb. 

Qeyd edək ki, daha əvvəl Haiti və Türkiyənin mundialla vidalaşacağı dəqiqləşib.

Banner