"Real" Münhendə sevindi
UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün mərhələnin ilk görüşlərinə yekun vurulacaq.
Yarışın favoritlərindən - "Bavariya" və "Real" münasibətləri birincilərin meydanında aydınlaşdıracaq. Madrid təmsilçisi cavab oyunu üçün sərfəli nəticə əldə etmək, münhenlilərsə doğma meydanda qalib gəlmək barədə düşünürlər.
12 aprel 2017
Çempionlar Liqası, 1/4 final
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2
QOLLAR: Vidal, 25 (1:0); Ronaldo, 47 (1:1); Ronaldo, 77 (1:2)
QIRMIZI VƏRƏQƏ: Xavi Martinez, 61 ("Bavariya")
VURULMAYAN PENALTİ: Vidal, 45/p. ("Bavariya")
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Münhen, “Alyans Arena”