Avropa çempionatının ilk günündə 1 gümüş, 2 bürünc

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. SportLine.az xəbər verir ki, ilk gündə mübarizəyə 4 güləşçimiz qoşulub. Onlardan ən yaxşı nəticəni 59 kq çəki dərəcəsində Murad Məmmədov göstərib. Finaladək irəliləyən pəhləvanımızın həlledici görüşdə rəqibi rusiyalı Sergey Yemelin olub. Qarşılaşma rusiyalı güləşçinin qələbəsi ilə yekunlaşıb - 8:0.

71 kq-da Ruhin Mikayılov və 80 kq-da Elton Vəzirzadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 98 kq-da yarışan Orxan Nuriyev isə bürünc medalın bir addımlığında büdrəyib. 

Beləliklə, güləşçilərimiz ilk gündə komandamızın aktivinə 1 gümüş, 2 bürünc medal yazdırıblar.

Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.