Murad Musayev: "Bu, məni sevindirməyə bilməz"
Azərbaycan Premyer Liqasının "Sabah" - "Sumqayıt" görüşü meydan sahiblərinin inamlı qələbəsi ilə (4-0) nəticələnib.
Sportline.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Murad Musayev oyundan sonra CBC Sport kanalına müsahibəsində komandasının oyunundan razı qaldığını bildirib: "Nizam-intizamlı və məzmunlu oyun göstərdik. Rəqib son anadək döyüşdü. Xüsusilə ilk hissədə sıx şəkildə müdafiə olunurdular. Buna baxmayaraq istədiyimiz qələbəni qazana bildik. Komandada yüksək rəqabərt var. Bununla belə gənc futbolçularımız da bügünkü görüşdə fərqlənməyi bacardılar ki, bu da məni sevindirməyə bilməz".