Musiala ən yaxşı futbolçunun adını çəkdi

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala dünyanın ən yaxşı futbolçusunun adını çəkib.

Sportline.az xəbər verir ki, ulduz futbolçu bu ada 3 namizədin layiq olduğunu bildirib.

"Hazırda Kilian Mbappe, Harri Keyn və Cud Bellingem əla mövsüm keçirir. Ümumiyyətlə bir çox futbolçu yüksək nəticə göstərir ki, bu mənzərənin şahidi olmaq xoşdur. Amma kiminsə bugünkü gündə hamıdan yaxşı olduğunu demək çətindir", - deyə Musiala "Bayern&Germany"yə fikrini bölüşüb.

Qeyd edək ki, "Çelsi"nin yetirməsi olan futbolçu 2019-cu ildən "Bavariya"nın şərəfini qoruyur.

Onun transfer dəyəri 110 milyon avrodur.