“Qalatasaray” Musleraya əvəzləyici tapıb

“Qalatasaray”ın 38 yaşlı qapıçısı Fernando Musleranın 2025-ci ilin yayında klubdan ayrılacaqı gözlənilir.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” təcrübəli qapıçı ilə yeni müqavilə imzalamayacaq.

İstanbul nəhəngi artıq yeni qapıçı axtarışına çıxıb.

Əsas namizəd kimi “Stratzburq”un serbiyalı qolkiperi Dyorde Petroviç göstərilir.

Qeyd edək ki, Muslera 2011-ci ildə 6.7 milyon qarşılıqında “Latsio” klubundan transfer olunmuşdu.