Muslera “Qalatasaray”ın tarixinə düşə bilər
“Qalatasaray”ın 38 yaşlı uruqvaylı qapıçısı Fernando Muslera klubun tarixinə adını qızıl hərflə yazdırmaqa yaxın görünür.
Sportline.az “Ajansspor” saytına istinadən xəbər verir ki, Muslera “Qalatasaray”ın heyətində 18 rəsmi matçda içtirak etsə klubun ən çox forma geyinmiş oyunçusu olaraq tarixə keçəcək.
Hazırda “Qalatasaray” tarixində ən çox matç keçirmiş futbolçu Bülent Korkmaz sayılır. O İstanbul nəhənginin heyətində 428 rəsmi matçda meydana çıxıb.
Qeyd edək ki, Muslera “Qalatasaray”da 411 rəsmi oyunda iştirak edib.