Naqelsmannın Almaniya millisi ilə müqaviləsi 2026-cı ilə qədər uzadılıb

İyunun 19-da Almaniya millisi AVRO 2024-ün qrup mərhələsinin 2-ci turunun matçında Macarıstan seçməsini məğlub edib.

Sportline.az Sports24.ru-ya istinadla xəbər verir ki, bu qələbə Bundestimin turnirin pley-off mərhələsinə çıxışını təmin edib. Bu nəticə ilə Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanın müqavilə müddəti avtomatik olaraq 2026-cı ilə qədər uzadılıb. 36 yaşlı mütəxəssisin müqaviləsində belə bir bənd var idi.

Qeyd edək ki, Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edir. Onunla müqavilə 2024-cü il iyulun 31-dək qüvvədə idi.