Namik Ələskərova rəqib oldu

Mərakeş əsilli niderlandlı Brahim Darri 56 gün ərzində oyuna çıxmadan iki kluba transfer olunub.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ötən mövsümün sonunda "Erzurumspor"dan ayrılıb və iyunun 10-da Türkiyənin 1-ci liqa təmsilçisi "Samsunsor"la müqavilə imzalayıb. Lakin legioner limiti səbəbindən Samsun klubu onu sifariş edə bilməyib. Niderlandlı futbolçu bu gün başqa bir birinci liqa təmsilçisi - "Dənizlispor"la müqavilə bağlayıb. O, bu müddətdə rəsmi oyuna çıxmayıb.

Qeyd edək ki, Brahim Darri ötən mövsüm "Fənərbağça"nın transfer siyahısına düşmüşdü. 26 yaşlı futbolçu əvvəllər Niderlandın "Vitess", "De Qraafşap", "Herakles", "Neymengem", "Den Boş" və Türkiyənin "Fatih Karagümrük" klublarında oynayıb.

Onu da bildirək ki, Türkiyənin birinci liqasında iki futbolçumuz Namik Ələskərov və Vüsal İsgəndərli çıxış edir. Namik "Bursaspor"un, Vüsal "Keçiörengücü"nün formasını geyinir.