Namik Ələskərovun son durumu

"Olimpiakos" - "Neftçi" oyununda ağır zədə alan Namiq Ələsgərov sabah əməliyyat olunacaq.

Sportline.az xəbər verir ki, bunu "Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib: "Namiq hələ də xəstəxanadadır. Həkim yoxlayıb, müayinələr davam edir. Həkimlərin son rəyi gün ərzində açıqlanacaq. Hələlik o məlumdur ki, Namiqin burun və üz nahiyəsində bir neçə sınıq var. Çox güman ki, sabah əməliyyat olunacaq. Neçə müddət oynaya bilməyəcəyi sabahkı əməliyyatdan sonra dəqiqləşəcək”.

Xatırladaq ki, Namiq UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin "Olimpiakos” – "Neftçi” fasiləsinə yaxın ağır zədə alaraq, oyunu yarımçıq tərk edib.