Namiq Əliyev: “Bu çempionatı bizim üçün çox önəmlidir”
Hədəfimiz Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaqdır.
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev ölkə çempionatının açılış mərasimində deyib.
O, çempionatla bağlı düşüncələrini bölüşüb:
"Yanvarda ənənəvi olaraq bu yarışı keçiririk. Bildiyiniz kimi, idmançılarımız bir çox yarışlarda uğurla çıxış ediblər. Hədəfimiz Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaqdır. Bu çempionatı bizim üçün çox önəmlidir. Çünki burada ən güclü idmançılarımız güclərini göstərəcəklər. İlk təsnifat turnirlərinə demək olar ki, bir il vaxt qalıb və bu yarış bizim üçün əsas meyardır. Güləşçilər ölkəmizi növbəti il keçiriləcək dünya çempionatında təmsil edəcəklər. Bütün idmançılara uğurlar arzu edirəm. Burada xaricdən dəvət olunmuş hakimlər də var. İnanıram ki, çox maraqlı görüşlər izləyəcəyik".
Qeyd edək ki, dünən startı verilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.