“Napoli” “Ayntraxt”a qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turuna bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Napoli” “Dieqo Armando Maradona” stadionunda “Ayntraxt”la qarşılaşacaq.

Heyətlərə nəzər saldıqda İtaliya klubunda Bil Gilmor, Aleks Meret, Kevin De Brüyne, Romelu Lukaku zədə, Lorenzo Lukka isə cəza səbəbindən oyunu buraxmalı olacaq.

“Ayntraxt”da isə Can Uzun, Ellias Baum və Oskar Höylund baş məşqçi Dino Toppmöllerin sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti 21:45-də səslənəcək matçı portuqaliyalı hakim Joao Pinhero idarə edəcək.