"Napoli" bu müdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdır

"Napoli" klubu "Torino"nun müdafiəçisi Alessandro Boncornonu heyətinə qatmaq istəyir.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, Neapollular 25 yaşlı müdafiəçi  üçün qarşı tərəfə 40 milyon avro ödəməyə razıdırlar.

Xəbərdə oyunçu ilə "Milan" klubunun da maraqlanıdığı bildirilir.

Qeyd edək ki, italiyalı futbolçu bu mövsüm Turin klubunun heyətində 31 oyunda 3 qol vurub, 1 asist edib.