"Napoli" Fərdi Kadıoğlunun transferində israrlıdır
İtaliyanın “Napoli” klubu “Fənərbağça”nın futbolçusu Ferdi Kadıoğlunun transferini planlaşdırır.
Sportlin.az Fotomaç.com.tr-yə istinadla bildirir ki, İtaliya klubu 24 yaşlı futbolçu üçün “sarı lacivərtlər”lə danışıqlara başlayıb.
Klublar arasında razılıq əldə olunacağı təqdirdə “Napoli” “Fənərbağça”ya 25 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Ferdi Kadıoğlu bu mövsüm “Fənərbağça” forması ilə çıxdığı 13 oyunda 1 qol və 1 asistlə yadda qalıb.