"Napoli" heyəti gücləndirir

Bu mövsüm işləri qaydasında getməyən "Napoli" heyətə əl gəzdirəcək.

Sportline.az xəbər verir ki, son İtaliya çempionu "Udineze"nin yarımmüdafiəçisi Lazar Samarciçin keçidini həll etmək niyyətindədir.

Bu haqda jurnalist Rudi Qaletti X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə neapollular 21 yaşlı futboçunun keçidini qış transfer pəncərəsində reallaşdırmağı hədəfləyiblər.

Bu sevdanın "Napoli"yə 23 milyon avroya başa gələcəyi bildirilir.