"Napoli" ingiltərəli futbolçu ilə maraqlanır

Ötən mövsümü "Arsenal"da icarə əsasında keçirən ingiltərəli futbolçu Rahim Sterlinq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Napoli" 30 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Futbolçu müqavilə əsasında "Çelsi" klubuna məxsusdur.

Qeyd edək ki, Sterlinq geridə qalan mövsüm meydana çıxdığı 28 matçda 1 qol 5 asistlə yadda qalıb.