"Napoli" ispaniyalı futbolçu ilə maraqlanır
"Jirona"nın ispaniyalı sol cinah müdafiəçisi Migel Qutiyerrez karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, "Napoli" 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Migelin meneceri hazırda İtaliyadadır. Transferin son mərhələdə olduğu bildirilir.
Qeyd edək ki, Qutiyerrez "Real Madrid"in yetirməsidir.