"Napoli" "Mançester Siti"nin "qapısını döyüb"

"Napoli" klubu bu yay heyətini gücləndirmək niyyətindədir.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Mançester Siti"nin ingiltərəli sol cinah vingeri "Napoli"nin transfer hədəfindədir.

29 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 28 milyon avrodur.

Qeyd edək ki, İngiltərə klubu 29 futbolçunu satmaq istəyir.

Qriliş "Mançester Siti"yə 2021-ci ilin yayında "Aston Villa"dan 117.5 milyon avro qarşılığında transfer olunmuşdu.