"Napoli" - Osimhen münasibətlərinə aydınlıq gətirilir

"Napoli" klubu hücumçusu Viktor Osimhenlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Sportline.az xəbər verir ki, bunu klub prezidenti Aurelio Laurentis açıqlayıb.

Tanınmış jurnalist Fabrisio Romanonun sosial şəbəkədə paylaşdığı məlumatda bildirilir ki, Laurentis mövzu ilə bağlı narahatlığa əsas olmadığını vurğulayıb.

"Deyə bilərəm ki, Osimhenlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlmişik", - deyə klub prezidenti bildirib.

Qeyd edək ki, kamerunlu forvard cari mövsümdə meydana çıxdığı 17 oyunda 8 qol, 3 assistlə yadda qalıb. 

Onun hazırkı müqaviləsi 2025-ci ilədəkdir. Təxmini transfer qiyməti isə, 110 milyon avro kimi göstərilir.