"Napoli" Osimheni 3 oyunçudan biri ilə əvəz edəcək
Yayda "Napoli"ni tərk edəcəyi gözlənilən Osimhenin yerinə 3 namizəd açıqlanıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, yay transfer pəncərəsində heyətini hücumçu ilə gücləndirmək istəyən "Napoli"nin gündəmində 3 futbolçu var.
İtaliya klubunun ilk hədəfi "Jirona" forması geyinən Artyom Dobvikdir. Dobvik bu mövsüm Katalon klubu ilə çıxdığı 37 oyunda 21 qol və 8 asistlik performans göstərib.Ukraynalı futbolçu eyni zamanda La Liqanın hazırki bombardiridir.
İkinci hədəf "Lill"in hücumçüsu Conatan Deyviddir. Kanadalı futbolçu bu mövsüm çıxdığı 45 oyunda 24 qol vurub, 9 asist edib.
"Napoli"nin siyahısında olan son futbolçu isə "Feynoord"da çıxış edən Santiaqo Ximenezdir.
2022-ci ildə ölkəsinin "Kruz Azul" komandasında "Feynoord"a transfer olunan Ximenez bu mövsüm 41 oyunda 26 qol, 8 asistə imza atıb.