"Napoli"nin gözü "Fənərbağça"nın futbolçusuna düşüb

"Fənərbağça"nın fransalı futbolçusu Allan San-Maksimen "Napoli"nin transfer hədəfinə çevrilib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Napoli" San Maksimen üçün "Əl-Əhli" klubu ilə danışıqlara başlayıb.

27 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 17 milyon avrodur.

Qeyd edək ki, Allan Sen-Maksimen "Fənərbağça"da icarə əsasında çıxış edir.

O bu mövsüm çıxış etdiyi 24 matçda 3 qol və 4 asistlə yadda qalıb.