"Napoli"də baş məşqçi dəyişikliyi gözlənilir

"Napoli"nin uğursuz çıxışı klub rəhbərliyinin narazılığı ilə qarşılanıb.

Sportline.az tanınmış jurnalist Fabrisio Romanoya istinadla xəbər verir ki, klub prezidenti Aurelio De Laurentis fransalı mütəxəssisdən narazılığını gizlətməyib:

"İtaliya futbolunu elə də yaxşı bilməyən baş məşqçi seçimi eləyəndə belə olur. Hazırkı vəziyyətlə bağlı ən yaxşı qərarı verəcəyəm. Azarkeşlər bu barədə mənə təsir göstərə bilməzlər". 

Qeyd edək ki, uğursuz nəticələrin ardınca keçirilən klub toplantısında Qarsiya ilə bağlı qərarın da veriləcəyi bildirilirdi.