"Napoli"nin prezidentindən maraqlı təklif
"Napoli"nin prezidenti Aurelio De Laurentis futbolçuların millinin düşərgəsində zədələnməsindən narahatlığını bildirib.
Sportline.az xəbər verir ki, o, Sport Mediaset nəşrinə aççıqlamasında yaş amilinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
"Fikrimcə, 32 yaşlı futbolçu millidə oynamamalıdır. Elə 28 yaşlı da. Futbolçunu milliyə buraxmaq məsələsi klubun öhdəsinə buraxılmalıdır. Əgər bu, yoldaşlıq matçıdırsa, imtina da etmək olar. 50 milyon avroluq futbolçum millinin düşərgəsində zədələnirsə, federasiya bunun kompensasiyasını verməlidir. Neymarı yadınıza salın...", - deyə Laurentis fikrini izah edib.