"Napoli"nin yeni baş məşqçisi açıqlandı

"Napoli" yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

Sportline.az xəbər verir ki, komandanın sükanı Françesko Kalsoneyə həvalə olunub.

Bu haqda klubun X sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.

Kalsone komandanın sabiq çalışdırıcısı Spalettinin məşqçilər korpusunda yer alırdı. Bunadək isə, o, "Peruca", "Alessandriya", "Sorrento", "Empoli" və "Kalyari" kimi komandalarda köməkçi məşqçi kimi fəaliyyət göstərib. Qeyd edək ki, Kalsone Rudi Qarsiya və Massaridən sonra bu mövsüm "Napoli"yə rəhbərlik edəcək 3-cü mütəxəssisidir.