"Napoli"nin yeni baş məşqçisi dəqiqləşib
"Napoli" rəhbərliyi Antonio Konteyə baş məşqçi postunu təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano məlumat paylaşıb.
Onun sözlərinə görə, tərəflər yaxın günlərdə əməkdaşlığın şərtlərini müzakirə edəcəklər.
Neapolluların hazırkı baş məşqçi Rudi Qarsiyanın əvəzləyicisi kimi məhs Konteyə üstünlük verəcəyi bildirilir.
Qeyd edək ki, italiyalı mütəxəssis 2023-cü ilin martında "Tottenhem"dən ayrıldıqdan sonra işsizdir.