Nazarov “Ersgebirge”yə qələbə qazandırdı

Almaniya 3-cü liqasında 18-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “İnqolştadt”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Komandasının qələbə qolunu da Nazarov vurub. O, 67-ci dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, Ersgebirge” hazırda 17 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.